Vergi işçilərini döyən deputat oğlu azadlığa buraxıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərin cinayət işi üzrə məhkəmə olub. 

Vergi işçilərini döyən deputat oğlu azadlığa buraxıldı

Intime.az xəbər verir ki, İ.Məmmədov APA-ya açıqlamasında bildirib ki, oğlu və yaxın qohumları məhkəmənin qərarı ilə azadlığa buraxılıblar: "Neçə vaxt idi ki, araşdırma gedirdi. Bu gün məsələyə hüquqi qiymət verildi. Humanizm prinsipləri rəhbər tutularaq məhkəmə onları həbsdən azad etdi. Bu bizim üçün çox sevindirici xəbər oldu. Heç bir valideynə övladının həbsə düşməyini arzu etmirəm".

Loading...