Vasif Talıbovun oğlunun Dubaydakı “Al Rza Tower”i üzə çıxdı - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Birləşmiş Ərəb Əmirliklərində qülləyə öz adını verib.

Vasif Talıbovun oğlunun Dubaydakı “Al Rza Tower”i üzə çıxdı - FOTOLAR

Intime.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun araşdırmasına görə, qüllənin rəsmi adı "Al Rza Tower"dir. Bina Talıbovlar ailəsinə məxsus Gəmiqaya Holdinq tərəfindən inşa olunub.

Ünvanı belədir: 60, 1 Street, Ajman Industrial 2, Ajman Office 1201. Bina yaşayış təyinatlıdır, 12-ci mərtəbəsində holdinqə daxil olan GƏMİQAYA REAL ESTATE daşınmaz əmlak şirkəti yerləşir. Talıbovların körfəz ölkələrindəki əmlakı bu şirkət vasitəsilə idarə olunur.

Yeri gəlmişkən, Talıbovların BƏƏ-dəki daha bir şirkəti GEMIKAYA GENERAL TRADING LLC-dir. Şirkətin ofisi Dubai Investment Parkda yerləşir. Şirkət ərəb ölkələrinə "Badamlı" sularının satışını, eyni zamanda Azərbaycanla Körfəz ölkələri arasında digər ticari əməliyyatları reallaşdırır. Ticarət şirkətinin gəliri 1 milyon dollar göstərilir.

Cavanşir Həsənli həmçinin qeyd edib ki, Rza Talıbov Avropada da şirkət açıb. 

Xatırladaq ki, Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisidir.

Loading...