Sahibə Qafarovaya yeni vəzifə verildi

Azərbaycanın Türkdilli Ölkələrin Parlament Assambleyasındakı (Türk PA) nümayəndə heyətinin rəhbəri və nümayəndə heyətinin tərkibi məlum olub.

Sahibə Qafarovaya yeni vəzifə verildi

Intime.az xəbər verir ki, bu barədə APA-ya millət vəkili Fazil Mustafa məlumat verib.

O bildirib ki, nümayəndə heyətinin rəhbəri Milli Məclisin Sədri Sahibə Qafarova seçilib.

Nümayəndə heyətinə millət vəkilləri Nizami Cəfərov, Sədaqət Vəliyeva, Cavanşir Feyziyev, Əhliman Əmiraslanov, Ağalar Vəliyev, Hikmət Məmmədov və Fazil Mustafa daxildir.

Loading...