Ruhanidən qəza açıqlaması: “Günahkarlar məsuliyyətə cəlb olunacaq”

İran Prezidenti Həsən Ruhani yanvarın 8-də 176 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası barədə ilk dəfə açıqlama verib.

Ruhanidən qəza açıqlaması: “Günahkarlar məsuliyyətə cəlb olunacaq”

Intime.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ruhani Ukraynanın “Boeing 737-800” tipli təyyarəsinin Tehranda qəzaya düşməsinə səbəb olan “bağışlanmaz səhv”lə bağlı istintaqın davam etdiriləcəyini bildirib.

Bundan əlavə, dövlət başçısı qəzaya düşən sərnişin laynerində həlak olanlarla bağlı kompensasiya məsələsi istiqamətində bütün lazımi tədbirlərin görülməsini tapşırıb. 

“İran İslam Respublikası faciə ilə nəticələnən bu səhvə görə dərin təəssüf hissi keçirir. İstintaq bu böyük faciənin və bağışlanmaz səhvin səbəblərini müəyyənləşdirməyə davam edəcək”, -deyə İran Prezidenti bəyan edib.

Dövlət başçısı, həmçinin Ukrayna təyyarəsinin məhv edilməsində günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

Loading...