Boşanma sənədini paylaşdı: “Onları Allaha tapşırıram”

Aparıcı Ece Erkenin evli vəkil Şafak Mahmutyazıcıoğlu ilə yaşadığı münasibətdə qalmaqal tükənmək bilmir.

Boşanma sənədini paylaşdı: “Onları Allaha tapşırıram”

Intime.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi ötən gün münasibətlərinə son qoyduğunu açıqlayıb. "Hamı öz qarşısını süpürsün. Günahkar idim, günahımdan döndüm. Sizlər kimi oğurluq edib, kimisə aldatmadım. Məncə güzgüyə baxın və özünüzdən utanın" deyə Ece açıqlamasında qeyd edib.

Ona verilən saxta boşanma kağızını yayımlayan Ece bunları yazıb:

"Yolagetməmə şikayəti ilə boşanmaq üçün məhkəməyə müraciət edilən ərizə əlimdədir. Hətta burada "boşandılar" yazılıb. Bunu xanımın bütün ailəsi də bilirdi. O, məhkəmə zamanı 800 min lirə təzminat istəyirdi. Mənimlə münasibəti öyrənəndən sonra bu istəyi milyon dollara qalxdı.

Məhkəmə bitəndən sonra birlikdə yaşayacaqdıq. Hətta uşaqlar d arada yanımıza gələcəkdi. Amma bu proseslər mənə ağır gəldi və ayrıldım. Niyə bu günə qədər suduğumu düşünürsünüz? Uşaqlar üçün. Amma gördüm ki, heç kim mənim övladımı düşünmür. Şafakın xanımında olan şəkillər mediaya verilirdi. Heç kimin ailəsində gözüm yoxdur. Kiminsə bədbəxtliyi, xoşbəxtliyim ola bilməz. Mənə verilən boşanma kağızını yayımlayıram. Əgər saxtadırsa, onları Allaha tapşırıram".

Loading...