Baş həkimdən ŞOK MÜRACİƏT: “Mümükün qədər evdən çıxmayın”

“Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalinin düşünərək verilmiş bir qərardır”.

Baş həkimdən ŞOK MÜRACİƏT: “Mümükün qədər evdən çıxmayın”

Intime.az xəbər verir ki, bunu karantin xəstəxanasının baş direktoru Emin Hüseyn “REAL TV”-yə açıqlamasında deyib.

Baş direktor vətəndaşlar kütləvi yerlərdən uzaq olmağı tövsiyə edib:

"Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-a qədər bütün tədris müəssisələri bağlı olacaq. / Sfera.az

Loading...