Bakı polisi yolda qəribə hərəkət edən uşaqları axtarır - VİDEO

Bakıda bir qrup gənc yolun ortasında idman edir. Onlar bu hərəkətləri ilə həm özlərinin, həm də digər hərəkət iştirakçıların həyatını təhlükəyə atır.

Bakı polisi yolda qəribə hərəkət edən uşaqları axtarır - VİDEO

Intime.az Xəzər TV-yə istinadla xəbər verir ki, təhlükəli hərəkətlər edən bu şəxslərin kimliyi polis tərəfindən araşdırılır.

İki nəfər yolda idman hərəkətləri edir, bir nəfər isə onları telefonla çəkir.

Görüntülər Bakıda Yasamal rayonu, ''Sovetski'' kimi tanınan ərazidəki yolda çəkilib. İki yeniyetmə həyatlarını təhlükəyə ataraq hərəkətin intensiv olduğu yolda dartınma hərəkəti edirlər.

Onlar sürətlə gələn avtomobilllər yaxınlaşdıqda yolun hərəkət hissəsindən kənara çəkilirlər. Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, yeniyetmələrin bu hərəkəti kobud qayda pozutusudur.

Videonu çəkib ''Xəzər Xəbər''in "Whatsapp" nömrəsinə göndərən hadisə şahidi iddia edir ki, həmin şəxslər avtomobillər yoldan azalan kimi həmin təhlükəli hərəkətlərini təkrarlayıblar...

Vaqif Əsədov dedi ki, bu fakt polis tərəfindən ciddi şəkildə araşdırılacaq.

Bölmə rəisi onu da bildirdi ki, həmin uşaqlar aşkar edildikdən sonra onların valideynlərinə də belə faktların baş verməməsi üçün xəbərdarlıq ediləcək.

Baku.ws

 

Loading...